Millimizin Andorra ilə matçının başlama saatı dəyişdi

01:00 - 18 May 2016

Bakı vaxtı ilə 20:00-da...
 
Millimizin Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı Andorra və Kanada ilə yoxlama oyunlarının başlama saatı dəyişib.
 
Sportal.az xəbər verir ki, mayın 26-da keçiriləcək Andorra ilə görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) start götürəcək.Kanada ilə qarşılaşma isə Bakı vaxtı ilə 21:00-da başlayacaq. Həmin görüş iyunun 3-də keçiriləcək.
 
Qeyd edək ki, millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq, ancaq bu oyunun başlama saatı hələlik məlum deyil.

Xəbər xətti