"Qəbələ"nin futbolçusu millidən uzaqlaşdırıldı

12:49 - 19 May 2016

Zədəli olduğu üçün
 
“Qəbələ”nin futbolçusu Arif Daşdəmirov milli komadamızın heyətindən çıxarılıb.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu zədəli olduğundan millimizin Avstriyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
 
Qeyd edək ki, yığmamız mayın 23-dən iyunun 4-dək davam edəcək hazırlıq prosesində üç yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Xəbər xətti