Millimizin oyununu avstriyalı hakimlər idarə edəcək

14:44 - 26 May 2016

Oyun Harald Lexnerə tapşırıldı
 
Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Andorra matçının hakimləri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Andreas Heidenreyx və Maksimilian Kolbitş köməklik edəcək. Markus Hameter isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Andorra oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti