Millimizin oyununun hakimləri bəlli oldu

00:03 - 28 May 2016

Avstriyalı hakimlər idarə edəcək

 

Milli komandamızın mayın 29-da Makedoniya ilə keçirəcəyi hazırlıq matçının hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı avstriyadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Markus Hameter olacaq. Ona həmyerliləri Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Manuel Şüttenqruber isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti