Matç Saşa Amhofa tapşırıldı
Avstriyada təlim-məşq toplanışı çərçivəsində milli komandamızın Kanada yığması ilə keçirəcəyi yoldaşlıq oyununu idarə edəcək hakimlər bəlli olub.
Sportal.az xəbər verir ki, oyunu isveçrələri hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Saşa Amhof olacaq. Ona Ştefan de Almeyda və Vital Yobin kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Adrien Yakkotte yerinə yetirəcək.
Qeyd edək ki, oyun iyunun 3-də keçiriləcək.
saytlarin hazirlanmasi