Millimiz heç-heçə etdi

20:00 - 3 İyun 2016

Yoldaşlıq matçı
 
Sloveniyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün 3-cü yoxlama matçını keçirib.
 
Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız Bosniya və Herseqovina ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.
 
Xatırladaq ki, millimiz Sloveniya ilə ilk oyunda 1:4 hesabı məğlub olsa da, revanşda 2:1 hesabı ilə qalib gəlmişdi.
 
Yoldaşlıq matçı
 
18:00 Bosniya və Herseqovina - Azərbaycan - 0:0

Xəbər xətti