Yoldaşlıq matçı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığmamız yenə Belarusun müvafiq yaş qrupu üzrə komandası ilə üz-üzə gəlib.
İki gün öncə olduğu kimi, komandalar yenə Bakı Olimpiya Stadionunda qarşılaşıblar. Nazim Süleymanovun yetirmələri iyunun 8-dəki 1:4 hesablı məğlubiyyətin revanşını ala bilib.
Millimiz 2-1 hesablı qələbə qazanıb. Murad Xaçayev 10-cu dəqiqədə hesabı açsa da, üstünlüyümüz cəmi 6 dəqiqə çəkib. Ancaq ilk hissənin son dəqiqəsində Murad dubla imza ataraq millimizi yenidən önə keçirib. İkinci hissədə başqa qol olmayınca, oyun yığmamızın qələbəsi ilə başa çatıb.
Yoldaşlıq oyunu
10 iyun
Azərbaycan U19 - Belarus U19 - 2:1
Qollar: Murad Xaçayev, 10, 45 - Bal Yevgeni, 16
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
Bakı Olimpiya Stadionu
saytlarin hazirlanmasi