Payet oyunun ən yaxşısı seçildi
Avropa çempionatının A qrupunun II turunda keçirilən Fransa - Albaniya (2:0) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Fransa millisinin futbolçusu Dimitri Payet görüşün ən yaxşı oyunçusu olub.
Payet oyunun 90+5-ci dəqiqəsində komandasının 2-ci qolunun müəllifi olub.
Qeyd edək ki, Dimitri Payet Rumıniya ilə keçirilən matçda da görüşün ən yaxşısı seçilmişdi.
saytlarin hazirlanmasi