AÇ-2016: Kapitan göz yaşlarını saxlaya bilmədi FOTOLAR + VİDEO
13:32 - 18 İyun 2016
Çexiya ilə matçda
Fransada təşkil olunan Avropa çempionatında baş tutmuş Xorvatiya - Çexiya (2:2) matçından öncə Dario Srna göz yaşlarını saxlaya bilməyib.
Sportal.az xəbər verir ki, xorvatların kapitanı Srna ölkəsinin himni səsləndirilərkən ağlayıb.
Xatırladaq ki, bir neçə gün öncə Srnanın atası - Uzeir Srna Türkiyə - Xorvatiya (0:1) matçının gedişində dünyasını dəyişmişdi. Kapitan atasının dəfnində iştirak etmək üçün vətəninə yollansa da, tezliklə yığmanın düşərgəsinə qayıdıb.