Millimiz avqust ayında bir araya gələcək
Futbol üzrə Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı bəlli olub.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin başçılıq etdiyi milli komandamız avqust ayının 23-də Bakıda bir araya gələcək. DÇ-2018-in seçmə mərhələsi öncəsi baş tutan toplanış çərçivəsində millimiz bir neçə yoxlama matçında qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində ilk matçını sentyabr ayının 4-də San Marino milli komandasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi