Zədə imkan vermədi
Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Rositski Avropa çempionatındakı çıxışını başa vurub.
Sportal.az xəbər verir ki, buna səbəb kapitanın zədələnməsidir. Həkimlər 35 yaşlı futbolçu üçün çempionatın bitdiyini bildiriblər.
Qeyd edək ki, Rositski Xorvatiya ilə matçın son dəqiqələrində zədələnmişdi.
saytlarin hazirlanmasi