Prosineçki: "Komandada böyük dəyişikliklər olmalıdı"

18:20 - 20 İyun 2016

"Türkiyə son matçda 3 xal qazanarsa qrupdan çıxa bilər"

 

"Təəssüf ki, zəif və səviyyəsi aşağı olan Türkiyə milli komandası gördüm. Xorvatiya Türkiyədən daha yaxşı oynadı. İspaniya ilə matçda isə mübarizə görmədim. İspanlar istəsəydilər daha çox qol vura bilərdilər".

 

Sportal.az xəbər verir ki, bu fikirləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Türkiyənin "Anadolu" agentliyinə verdiyi açıqlamada bu ölkənin milli komandasının Avropa çempiontanda çıxışını dəyərləndirərkən səsləndirib.

 

Xorvatiyalı mütəxəssis Türkiyə millisində dəyişikliklərin edilməli olduğunu bildirib: "Səhv etmirəmsə Türkiyənin 11 matçlıq məğlubiyyətsizlik seriyası var idi. Komandanın içində nələrin baş verdiyini anlamaq həqiqətən də çox çətindi, amma dəqiq nəsə olub. Hər kəs daha yaxşı komanda gözləyirdi. Arda Turan və Hakan Çalhanoğlunun performansını görmədik. Seçmə mərhələdə oynayan Türkiyəni Fransada görmədim. Komandada böyük dəyişikliklər olmalıdı. Əks təqdirdə çexlərlə qarşılaşma çətin olacaq. Türkiyə son matçda 3 xal qazanarsa qrupdan çıxa bilər".

Xəbər xətti