Milli komandada karyerasını başa vurur
İsveç milli komandasının üzvü Zlatan İbrahimoviç millidəki karyerasını başa vuracaq.
Sportal.az xəbər verir ki, Fransada keçirilən Avropa çempionatında iştirak edən 34 yaşlı forvard gözlənilməz qərar qəbul edib. Belə ki, ulduz futbolçu AÇ-2016 bitdikdən sonra milli komandadakı karyerasını başa vuracağını açıqlayıb. Təcrübəli futbolçu millinin heyətində son böyük turnirində iştirak edir.
Qeyd edək ki, İbra İsveç millisinin heyətində 115 matçda iştirak edib və 62 dəfə fəqrlənməyi bacarıb.
saytlarin hazirlanmasi