22 milyon avroluq istefa

18:25 - 27 İyun 2016

PSJ Loran Blanla yolları ayırdı

 

Fransanın PSJ klubunun baş məşqçisi Loran Blan istefaya göndərilib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis köməkçiləri ilə birlikdə postundan uzaqlaşdırılıb. Parislilər buna görə Blana 22 milyon təzminat ödəyəcək.
 
Qeyd edək ki, PSJ Loran Blanın rəhbərliyi altında ümumilikdə 11 titul qazanıb. Ötən mövsüm parislilər Fransa çempionluğu, ölkə kuboku və Liqa Kuboku əldə edib. Lakin paytaxt təmsilçisi Çempionlar Liqasında 1/4 final səddini aşa bilməyib.

Xəbər xətti