İslandiyalı futbolçudan Ronaldoya: "Biz heç olmasa, qələbə qazanmışıq"

00:14 - 3 İyul 2016

"Ronaldoya nələri bacardığımızı nümayiş istəyirik"
 
İslandiya millisinin futbolçusu Kolbeynn Siqtorsson Kristiano Ronaldonun İslandiya millisi haqda dediyi sözlərə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu bunları söyləyib:
 
"Ronaldonun bizim haqda dediklərinə gülmüşük. Biz heç olmasa, turnirdə azı bir oyunda qalib gəlmişik. Portuqaliya heç bunu da bacarmayıb. İstəyirəm ki, Portuqaliya ilə finalda qarşılaşaq. Ronaldoya nələri bacardığımızı nümayiş istəyirik".
 
Qeyd edək ki, Kristiano Ronaldo AÇ-2016-nın qrup mərhələsində İslaniya ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra rəqibin sanki kubok qazanmış kimi sevindiyini söyləyərək İslandiyanın qabağa getməyəcəyini bildirmişdi.

Xəbər xətti