Almaniya - Fransa görüşü Nikola Ritsoliyə tapşırıldı
AÇ-2016-nın yarımfinal oyunlarının hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, Portuqaliya - Uels oyununu isveçli Yonas Erikson idarə edəcək. İyulun 7-də keçiriləcək Almaniya - Fransa görüşü italiyalı referi Nikola Ritsoliyə tapşırılıb.
6 iyul
23:00. Portuqaliya - Uels
Baş hakim: Yonas Erikson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Vernmark
Əlavə köməkçi hakimlər: Ştefan Yohannesson və Markus Strömberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
7 iyul
23:00. Almaniya - Fransa
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito di Liberatore və Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato və Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
saytlarin hazirlanmasi