"Çox xoşbəxtəm"
Fransa Almaniyanı 2 - 0 hesabı ilə məğlub edərək Avropa çempiontanının finalına vəsiqə qazandı.
Sportal.az xəbər verir ki, 2 qol vurmaqla matçın qəhrəmanı olan Antuan Qrizman oyunla bağlı fikirlərini bildirib: "Çox xoşbəxtəm. Vurduğum penalti mənim üçün çox önəmli idi. İkinci qolda qapıçının səhv edəcəyini gözləyirdim, top ayağıma gəldi. Bu qələbə kollektiv qələbədi. Bütün futbolçular, məşqçilər heyəti, hamımızın qələbəsidi. Matç öncəsində, matç zamanı və matçdan sonra azarkeşlərlə yaşananlar heç zaman yadımdan çıxmayacaq xatirələrdi. Bu zəfər hamımızındı".
Qeyd edək ki, iyulun 10-da baş tutacaq final matçında Fransa millisi Portuqaliya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi