"Əgər Ronaldoya qarşı planımız varsa, baş tutmayacaq"
Bu gün Avropa çempionatının final oyunu keçiriləcək. Həlledici qarşılaşmada Portuqaliya və Fransa milliləri qarşılaşacaqlar.
Sportal.az xəbər verir ki, oyundan əvvəl komandaların baş məşqçiləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fransa yığmasının çalışdırıcısı Didye Deşam finalda xüsusi taktika haqda düşünmədiklərini bildirib:
"Finalda oynamaq gözəl hissdir. Yarımfinalda matçından sonra final matçı üçün xüsusi bir taktika hazırlamamışıq. Almaniya ilə ağır oyun keçirdik. Futbolçularıma final oyununda da inanıram".
Deşam Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo haqda xoş sözlər səsləndirib:
"Əgər Ronaldoya qarşı planımız varsa, baş tutmayacaq. Çünki bunu indiyə kimi heç bir komanda bacarmayıb. Onun bacarıqları haqda uzun-uzadı danışmaa ehtiyac yoxdur. Ronaldonun qarın əzələlərinə səbəbsiz yerə o şəkildə deyil. Çünki üzərində çox çalışır".
saytlarin hazirlanmasi