Payet ilə epizod zamanı
Avropa çempionatının final oyununda Fransa və Portuqaliya milliləri üz-üzə gəlir.
Sportal.az xəbər verir ki, matçın gedişi zamanı Portuqaliya millisi ciddi itki ilə üzləşib. Belə ki, yığmanın aparıcı üzvü Kriştiano Ronaldo matçın 18-ci dəqiqəsində Fransa millisinin futbolçusu Dmitri Payet ilə mübarizədə ciddi zədələnib.
Ronaldo tibbi yardımdan sonra oynamaq istəsə də, oyunu davam etdirə bilməyib. "Real”ın üzvü 25-ci dəqiqədə yerini Rikardo Kuarejmaya verib.
Qeyd edək ki, Ronaldo zədə aldığı zaman göz yaşlarını saxlaya bilməyib.
saytlarin hazirlanmasi