Azərbaycanlı futbolçu "Trabzonspor"da ilk məşqinə çıxdı FOTO

17:05 - 12 İyul 2016

Ramil Şeydayev yeni komandasına qoşulub

 

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubuna transfer olduğu barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu artıq yeni komandasına qoşulub. Slovakiyanın Samorin qəsəbəsində təlim-məşq toplanışında olan Trabzon təmsilçisinin məşqinə qatılan gənc futbolçu məşqçilər korpusu və futbolçularla tanış olub və komandanın məşqində iştirak edib.

 

Xəbər xətti