Yılmaz: "Azərbaycanlılar 3 il məni gözlədi"

14:14 - 21 Avqust 2016

“Həmişə milli komandada çıxış etməyi  arzulamışam, amma bu reallaşmayıb. AÇ-2016-da iştirak edən heyətə də dəvət almadığım üçün Azərbaycan yığmasından gələn təklifi qəbul etdim. Milli komanda formsını geymək istəyirdim və bu arzuma Azərbaycan yığmasında oynamaqla çatacam”

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin formasını geyəcək Dəniz Yılmaz bildiirb.

 

AFFA-nın təklifini qəbul  edən Dəniz qərar verərkən çətinlik çəkdiyini bildirib:

 

“9 ildən çox idi ki, millidən dəvət gözləyirdim. 16 yaşlılardan ibarət millidə çıxış edərkən Avropa çempionu olduq. Həmin heyətdəki oyunçulardan bir neçəsi hazırda Türkiyə millisində çıxış edir. Bunlar məni çox üzdü. Təklif gələndə atamla, agentimlə və “Bursaspor”un məşqçilər heyəti ilə danışdım. Mən onların dediyini etdim. Amma Avropa çempionatını heyətinə dəvət almadığım üçün qərarımı verdim. Çox üzülmüşdüm, məyus olmuşdum. Mən uşaq yaşlarımda ay-ulduzlu formanı seçmişdim və qərarımdan dönmək istəmirdim. Çox çətin qərar oldu...”.

 

28 yaşlı futbolçu millimizi 3 il gözlətdiyini bildirib:

 

“Azərbaycanlılar məni çox istədi. Buna görə 3 il gözlədilər. Həftə ərzində 1-2 gündən bir mənimlə əlaqə saxlayırdılar. Sonuncu dəfə onlara demişdim ki, Türkiyə millisinin Avropa çempionatı üçün heyətinə dəvət almasam, təklifinizi qəbul edəcəm. Ümid edirəm ki, bu, həm mənim, həm də Azərbaycan millisi üçün yaxşı olar”.

Xəbər xətti