Robert Prosineçki millinin heyətini açıqladı

14:32 - 22 Avqust 2016

DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib.

 

Qapıçılar: Kamran Ağayev (“Sumqayıt”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

 

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi “İnter”), Mahəmməd Mirzəbəyov (“Qəbələ”), Pavel Paşayev (“Stal”, Ukrayna)

 

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov (“Zirə”), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Dmitri Nazarov (“Erzqedirqe Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya)

 

Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Neftçi”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).

 

Xəbər xətti