"Qrupda ilk oyunumuz San Marinoya qarşıdı. Onları məğlub edərək seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Həmiçinin qrupumuzda son dünya çempionu olan Almaniya da yer alıb. Bu, çox gözəldir. Biz DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna ümid edirik".
Sportal.az xəbər verir ki, bu sözlər millimizin və Almaniyanın "Aue" klubunun futbolçusu Dmitri Nazarova məxsusdur.
26 yaşlı yarımmüdafiəçi millimizin keçmiş məşqçisi Berti Foqtsu da yada salıb:
"O, dahidir. Foqtsa çox şey borcluyam. 2012-ci ildə "Münster"də çıxış edəndə mənimlə əlaqə saxladı. Berti Foqts məni Azərbaycan yığmasında oynamağa razı salmışdı. Bu seçimimə görə peşman deyiləm. Çox şey qazanmışam. Artıq millidə 15-dən çox oyun keçirmişəm".
Xatırladaq ki, Nazarov yığmamızda 18 oyun kçeirib və 5 qol vurub.
saytlarin hazirlanmasi