Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisi hazırlığını davam etdirir.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın açıq məşqinin vaxtı da müəyyənləşib.
Belə ki, sabah saat 19:45-də, “Dalğa Arena”da komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək. Həmçinin baş məşqçi Robert Prosineçki və bir neçə futbolçunun iştirakı ilə brifinq də təşkil olunacaq.
Qeyd edək ki, millimiz sentyabrın 2-də San-Marinoya yollanacaq və ayın 4-də yerli komanda ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.