"Özümdə yüksək motivasiya hiss edirəm. Sevinirəm ki, Azərbaycan millisinin düşərgəsindəyəm".
Sportal.az xəbər verir ki, bu fikirləri millimizin futbolçusu Ramil Şeydayev səsləndirib.
Bu gün milli komandamızın baş məşqçisi Robert Prosineçki və futbolçuların iştirakı ilə brifinq keçirilib. Brifinqdə jurnalistlər önünə çıxan Şeydayev debütantı olduğu millimiz üçün əlindən gələni edəcəyini bildirib:
"Ümid edirəm ki, bizdə hər şey alınacaq. Millidə olmaq futbolçu üçün yaxşı şansdır. Nə qədər çox oynasan, sənin üçün bir o qədər yaxşıdır".