"DÇ-2018"-in ilk oyunu çərçivəsində San Marino ilə qarşılaşacaq millimizi sözügedən qarşılaşmaya hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, yığmamızın üzvü Emin Mahmudov bu gün təşkil olunan açıq məşqdə jurnalistlərin önünə çıxıb.
O, qarşıdakı oyun haqda bunları deyib:
"San Marino yığması ilə oyunumuz çətin olacaq. Çünki rəqib böyük qüvvə ilə müdafiə olunacaq. Mütləq udmaq lazımdır. Udmasaq, pis vəziyyətdə olacağıq. Buna görə qələbə ilə başlamaq yaxşı olardı. Rəqibin oyununu hələ görməmişəm. Hələ millidə oynamadığımdan, deyə bilmərəm ki, həyəcan olacaq, ya yox. Oynayandan sonra milli ilə klub arasında fərqi deyə bilərəm. Komandada hər şey yaxşıdır. Burda tanıdığım futbolçular var, problem yoxdur".
Mahmudovun fikrincə, hər bir rəqibə qarşı ciddi yanaşmaq lazımdır:
"Meydana yaxşı əhval-ruhiyyədə, qələbəyə köklənərək çıxmaq lazımdır. Hər oyun çətindir. Köklənmə olmayanda, hər matç çox ağır olacaq. İstər San Marino olsun, istər Andorra, kiminlə oynayırsan oyna, fərqi yoxdur".
saytlarin hazirlanmasi