"Zirə"nin futbolçusu millidən kənarlaşdırıldı

17:00 - 3 Sentyabr 2016

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində yer alan Adil Nağıyev toplanışdan kənarlaşdırılıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna, "Zirə"nin üzvünün hazırlıq prosesi ərzində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etməsi səbəb olub. 

 

Gənc futbolçu baş məşqçi Yaşar Vahabzadənin qərarına əsasən yığmanın toplanışından klubunun düşərgəsinə göndərilib.

 

Millimiz avqustun 24-dən etibarən AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da baş tutacaq Farer adalarıyla oyuna hazırlaşır.

Xəbər xətti