Kamran Ağayev: "Prosineçkinin yox, mənim problemimdi" MÜSAHİBƏ

01:14 - 4 Sentyabr 2016

Millinin qapıçısı Kamran Ağayev San Marino ilə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o, ilk olaraq qarşdakı oyun barədə fikirlərini bölüşüb:

 

- "Qrupun ilk oyunudur, çətin olacaq. Rəqibin kimliyi fərq etmir, ilk öncə öz haqqımızda, öz oyunumuz haqqında düşünməliyik. San Marinonu öyrənmişik, yetərli qədər məlumatımız var. Bura qələbə üçün gəlmişik. Tək mən yox, bütün xalqımız qələbəni düşünür, biz də bunun üçün vuruşacağıq. Ancaq bu futboldu, 90 dəqiqədə hər şey ola bilər. Uduzmaq barədə düşünmürük, favorit də bizik. Çalışacağıq, nəticə əldə edək. Əsas odu ki, komandamız buna hazırdır.

 

- Adətən qapıçılar daha çox rəqib hücumçuları nəzərində saxlayır, onların oyun xüsusiyyətlərini öyrənir. San Marinonun hücum xətti haqda nə deyə bilərsən?
- Şəxsi fikirlərim yox, məşqçinin fikirləri vacibdir. Qapıçılar hücuma getmir, əsasən müdafiədə olurlar. Ancaq bizim də hər bir hücumda rolumuz var. Prosineçki bizə nə deyibsə, o oyunu oynayacağıq. Fərdlərə bölmürük. Biz rəqibdən əvvəl öz oyunumuza köklənməli, oyun planımızı həyata keçirməliyik. Rəqib hücumçuları da yaxından öyrənmişik. Ancaq heç kim kartlarını açmır, mən də həmçinin. Baş məşqçinin dediklərinə uyğun, kollektiv futbolla fərqlənməyə, müdafiə olunmağa çalışacağıq.

 

- Çoxdandı oyun təcrübən yoxdur. Buna görə çətinlik çəkməyəcəksən ki?
- Zədəm vardı, uzun müddət oynamadım. Hazırda özümü yaxşı hiss edirəm, əsas odu ki, canım ağrımır. Klubda oynamamaq mənim problemimdi və bunu çözməyə çalışacam.

- Baş məşqçi dedi ki, Azərbaycanda ən yaxşı qapıçı Kamran Ağayevdir...
- Allah bizi zədədən qorusun. Klubsuzluq Prosineçkinin yox, mənim problemimdi. Oynamaq, böyük futbol oynamaq, qələbələr qazanmaq istəyirəm. Düşünürəm ki, hər şey daha yaxşı olacaq.

Xəbər xətti