Millimiz DÇ-2016-nın seçmə mərhələsinin ilk matçında səfərdə San Marino ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, 1 - 0 hesablı qələbəmizlə yekunlaşan matç iki futbolçu üçün əlamətdar olub. Belə ki, Emin Mahmudov və Ramil Şeydayev ilk dəfə milli komandamızın heyətində meydana çıxıb.
Mahmudov qarşılaşmanın 78-ci dəqiqəsində Dmitri Nazarovun, Şeydayev isə 90-cı dəqiqədə Ağabala Razmazanovun əvəzinə meydana daxil olmaqla yığma komandamızda debüt edib.
Qeyd edək ki, hər iki futbolçu bunadək Rusiyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib.
saytlarin hazirlanmasi