Prosineçki milli komanda ilə qayıtmadı

17:09 - 5 Sentyabr 2016

Milli komandamızın üzvləri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marinoya qarşı səfər oyunundan sonra çarter reysiylə Bakıya qayıdıblar.

 

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki futbolçulardan fərqli olaraq, Bakıya gəlməyib. Xorvat mütəxəssis San-Marinodan birbaşa vətəninə yola düşüb.

 

Qeyd edək ki, millimiz San-Marinonu 1:0 hesabıyla məğlub edib.

Xəbər xətti