Yaşar Vahabzadə: "Bu, biabırçılıq deyil" MÜSAHİBƏ

00:03 - 7 Sentyabr 2016

21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə Farer adaları yığmasının eyni yaş qrupu üzrə komandasına qarşı Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutan görüşdən sonra mətbuat konfransı keçirib.

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, mütəxəssis rüsvayçı nəticədən danışıb:

 
- Əvvəlcədən bilirdik ki, rəqib əks-hücumda oynayacaq. Əsas təhlükə top bizdə olanda yarana bilərdi. Qorxduğumuz da başımıza gəldi. Rəqib fərqlənənədək epizodlarımız oldu. Qapımızda top gördükdən sonra uşaqlar əzmkarlıq göstərdi və bərabərlik qolunu vurduq.
 
- İstefa barədə düşünmürsünüz?

- Xeyr, növbəti oyuna hazırlaşırıq.
 
- Budaq Nəsirova şans tanımamağınız nə ilə bağlıdı?
- Oyun praktikası yoxdu.
 
- Bəs, Elnur Cəfərovun praktikası var idi?
- Xeyr, Elnura dəstək olmalıyıq. Ancaq oyun göstərdi ki, Cəfərov məşqdə özünü yaxşı tərəfdən göstərsə də, oyun praktikasının yoxluğu özünü büruzə verdi.
 
- Yəni, etiraf edirsiniz ki, Elnuru start heyətində buraxmaqla səhvə yol vermişdiniz?

- Xeyr. Axı, o, məşqdə özünü yaxşı tərəfdən göstərmişdi.


- Rəqib komandanın baş məşqçisi cəmi 30 minlik əhalidən yığma formalışdırmalı olduğunu qabartdı. Sizin sərəncamınızda isə oynayan futbolçular var idi. Uğursuzluqda günahkar futbolçulardı, yoxsa baş məşqçi?
 - Bu, futboldu. Oyunçuların əzmkarlığını yerə vura bilmərik. Bu, biabırçılıq deyil.

 

Xəbər xətti