Millinin heyətində 9 "Qəbələ"li

15:05 - 19 Sentyabr 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin İzmir şəhərində təlim-məşq toplanışı başlayıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış sentyabrın 29-dək davam edəcək.
 
Yığmanın baş məşqçisi Vüqar Məmməd toplanışa 22 futbolçu dəvət edib. Onlardan 9-u “Qəbələ”ni təmsil edir: Nicat Mehbalıyev (“İnter”), Nail Alışov, Mehman Məsimov, Fərid Mahmudov (hamısı “Neftçi”), Xəqani Sadıxov (”Qarabağ”), Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə), Tahir Zeynalov, Şakir Seyidov (hər ikisi “Vətən”), Vüsal Mustafayev, Elmir Tağıyev, İdris İnqilablı, Rüstəm Nuriyev, Fərid Nadirov, İzzət Muştaqov, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Abbasov (hamısı “Qəbələ”), Berkay Yıldız (“Hamborn 07”, Almaniya), Mustafa Çay, Doğukan Ozkan, Çeri Ramazan, Kartal Kayra Yılmaz (hamısı “Beşiktaş”, Türkiyə)

 

Xəbər xətti