17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə 5 türkiyəli futbolçu cəlb edilib.
Sportal.az xəbər verir ki, bunlar Şahan Akyüz, Egehan Gök, Onur Taha Takır, Mutlu Aksu Doğan və Muhammet Can Tuncerdi.
Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan "Altınordu"ya məxsus olan futbolçuların yığmamızda oynamasına klub prezidenti Seyit Mehmet Özkan da razılıq verib.
Xatırladaq ki, futbolçular millimizə oktyabrın 14-dən 21-dək Serbiyada keçiriləcək təlim-məşq toplanışı zamanı qoşulacaqlar.
saytlarin hazirlanmasi