Azərbaycan - Avstriya matçının hakimləri bəlli oldu

18:56 - 3 Oktyabr 2016

19 yaşadək futbolçulardan ibarət milli komandamız sabah Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 5-ci qrupda yer alan millimiz Avstriya ilə qarşılaşacaq. Bu görüşü idarə edəcək hakimlərin adına aydınlıq gəlib. Belə ki, oyunda ədaləti belçikalı və litvalı hakimlər briqadası qoruyacaq.

 

Qarşılaşmanın baş hakimi Conatan Ladrot olacaq. Ona həmyerlisi Frederik Qodelayne və litvalı Vitis Snarskis kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Manfredas Lukyançiukas yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - Avstriya matçı Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Xəbər xətti