Finlandiya - Azərbaycan matçının hakimləri məlum oldu

16:17 - 4 Oktyabr 2016

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlərin adına aydınlıq gəlib. Belə ki, millimizin oyunu danimarkalı hakimlər briqadasına həvalə olunub.

 

Görüşün baş hakimi Peter Kyaesqaard-Andersen olacaq. Ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Sandi Putros  yerinə yetirəcək.

 

Qeyd edək ki, Finlandiya  - Azərbaycan matçı oktyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.

Xəbər xətti