Azərbaycan - Norveç görüşünün hakimləri açıqlandı

22:47 - 4 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Norveç oyununun hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, C qrupunda keçiriləcək görüş israilli hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Liran Liani olacaq. Ona David Elyas Bitton və Nissan Davidi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Eytan Şmuelevitz yerinə yetirəcək. Onların işinə isə lüksemburqlu Çarles Şaak qiymət verəcək. 

 

Azərbaycan - Norveç oyunu oktyabrın 8-də, saat 20:00-da başlayacaq.

Xəbər xətti