19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsində 5-ci qrupun ikinci turunda milli komandamız Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Sporrtal.az xəbər verir ki, bu qarşılaşmanın hakim təyinatları açıqlanıb. Millimizin oyununu belçikalı və litvalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Conatan Lardo olacaq. Ona həmyerlisi Frederik Qodelayne və litvalı Vitis Snarskis kömək edəcək. Dördüncü hakim funksiyasını isə Manfredas Lukyansiukas yerinə yetirəcək.
Xatırladaq ki, millimizin ilk turda Avstriyaya 1:4 hesabıyla uduzduğu qarşılaşmanın da baş hakimi məhz Lardo olmuşdu.
Qeyd edək ki, Bosniya və Herseqovina - Azərbaycan matçı sabah Litvada keçiriləcək və saat 15:00-da start götürəcək.
saytlarin hazirlanmasi