Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması Litvada ikinci oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Nazim Süleymanovun komandası Bosniya və Hersoqovina ilə qarşılaşıb. Komandamız bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Qeyd edək ki, millimiz ilk görüşündə Avstriyaya 1:4 hesabı ilə uduzub. Bosniya və Hersoqovina isə Litvaya böyükhesabla qalib gəlib - 3:0.
Bosniya və Hersoqovina - Azərbaycan - 2:1
QOLLAR: Amar Sulyiç, 43, Bencamin Hadziç, 81 - Murad Xaçayev, 68