"Şansları bərabər dəyərlədirərdim. Rəqibi yaxşı təhlil etmişik. Onların üstün və zəif cəhətlərini artıq bilirik. Çalışacağıq ki, bunlardan yararlanaq".
Bu fikirləri Sportal.az-a açıqlamasında 21 yaşlılardan ibarət milli komandamızın üzvü Kamal Mirzəyev səsləndirib.
Gənc futbolçu Avropa çempiontının seçmə mərhələsinin son turunda qarşılaşacaqlar Finlandiya ilə oyun haqda fikirlərini bölüşüb:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Bu oyuna çox ciddi hazırlaşmışıq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Qrupun sonuncu matçıdır. Bu qarşılaşmaya da 3 xal ücün çıxacağıq. Finlandiyadan 3 xalla vətənə qayıtmağa gücümüz çatır. Bunu da meydandakı oyunumuzla gerçəkləşdirmək lazımdır".
saytlarin hazirlanmasi