DÇ-2018-in seçmə mərhələsində oktyabrın 8-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Sportal.az xəbər verir ki, öncə jurnalistlər önünə Norveç millisinin baş məşqçisi Per-Mattias Höqmö çıxacaq. Rəqibin məşqindən sonra isə Robert Prosineçki jurnalistlərin suallarını cavablandıracaq.
Norveç milli komandası
7 oktyabr
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
7 oktyabr
Saat 19:45. Mətbuat konfransı
Saat 20:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.