Millimizin Çexiyada açıq məşqi olacaq

11:47 - 10 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi təmsilçilərimizin iştirakı ilə olacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu gün baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.

 

Xorvatiyalı mütəxəssis Bakı vaxtı ilə saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.

 

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Xəbər xətti