17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 11-dən 13-dək Bakıda, 14-21 oktyabr tarixlərində isə Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olacaq.
Sportal.az xəbər verir ki, oktyabrın 22-dən 31-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.
Toplanışlar üçün millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
Məhəmməd Can Tuncer ("Altınordu", Türkiyə), Nicat Mehbalıyev ("İnter" Azərbaycan), Nail Alışov ("Neftçi"), İzzət Muştaqov, Fərid Nadirov ("Qəbələ"), Şahan Akyüz, Onur Taha Takı ("Altınordu", Türkiyə), Rüstəm Nuruyev ("Qəbələ"), Egehan Gök ("Altınordu", Türkiyə), Vüsal Mustafayev ("Qəbələ"), Şakir Seyidov ("Vətən"), Turan Vəlizadə ("Fənərbaxça SK", Türkiyə), Mutlu Aksu Doğan ("Altınordu" Türkiyə), Məhəmməd Abbaslı ("Qəbələ"), Tahir Zeynalov ("Vətən"), Fərid Mahmudov ("Neftçi"), Xəqani Sadıxov ("Qarabağ"), Kamran Quliyev ("Qəbələ")
saytlarin hazirlanmasi