DÇ-2018-in seçmə mərhələsində bu gün Çexiyanın qonağı olacaq Azərbaycan millisinin müdafiəçisi Məhəmməd Mirzəbəyov oyunöncəsi mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, müdafiəçi onları çətin oyun gözlədiyini deyib:
"Bizi çətin oyun gözləyir. Çexiyanın güclü komanda olduğunu bilirik. Bu komanda həmişə güclü olub. Çexiya millisi pressinqi yaxşı bacarır. Sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək".
Müdafiəçi bu oyunda qalib gələcəkləri halda belə, hər şeyin həll edilməyəcəyini bildirib:
"Bunu indidən demək olmaz. Xüsusilə, Çexiya ilə güclü rəqiblə oyundan öncə. Ancaq bu oyundan qələbə ilə ayrılmaq əla nəticə olardı".
saytlarin hazirlanmasi