FİFA-nın Azərbaycan millisində oynaması üçün razılıq verdiyi Deniz Yılmaz zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, uzun müddət zədəli olan forvard "Bursaspor"un heyətində "Badırmaspor"a qarşı yoxlama matçında oynayıb. O, 3:3 hesabı ilə başa çatan qarşılaşmada meydana 46-cı dəqiqədə daxil olub.
Qeyd edək ki, Yılmaz zədəli olduğuna görə, Norveç və Çexiya ilə oyunlar üçün millimizə cəlb edilməmişdi. Növbəti oyunda isə Robert Prosineçkinin ona dəvət göndərəcəyi istisna deyil.