Milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxış haqda Türkiyə mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Goal.com" saytına danışan xorvat mütəxəssis Azərbaycan millisinin hər komanda ilə mübarəzə aparacaq gücdə olduğunu bildirib:
"Məncə də seçmə mərhələnin sürpriz komandası Azərbaycan oldu. Heç kəs bizdən bu nəticələri gözləmirdi. Amma biz hər komanda ilə bacara biləcəyimizə inanırıq. Çox futbolçudan istifadə edirik və özümüzə güvənirik".
47 yaşlı çalışdırıcı artıq ölkəmizdə insanların milli komandaya inandıqlarını söyləyib:
"Norveç üzərində qazandığımız qələbə və Çexiya ilə oyundakı bərabərlik önəmli nəticələrdir. Artıq Azərbaycanda bir futbol coşqusu var. İnsanlar bizə inanırlar".
saytlarin hazirlanmasi