Çexiya ilə heç-heçə futbolçularımıza nə qədər qazandırdı?

19:33 - 13 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin inamlı çıxışı AFFA rəhbərliyinin də diqqətindən yayınmayıb.

 

Sportal.az xəbər verir ki, səfərdə Çexiya ilə qolsuz heç-heçə futbolçulara mükafatın verilməsi ilə nəticələnib.
 
Belə ki, Robert Prosineçki səfərdə 1 xala görə şəxsi büdcəsini 60 min manat zənginləşdirib. Onun köməkçiləri isə bu mükafatın 75 faizini alıb. Əsas heyətdə meydana çıxan futbolçuların hər birinə isə 30 min manat verilib. Meydana sonradan daxil olanlar mükafatın 75, ehtiyat oyunçular skamyasında qalanlar isə 50 faizini alıb.
 
Qeyd edək ki, Norveçlə oyunda qazanılan 3 xala görə də milli üzvləri mükafatlandırılmışdı. Bunu özəl məlumat kimi də qarşılaşmadan sonra diqqətinizə çatdırmışdıq. Prosineçkiyə 100 min, əsas heyət üzvlərinə isə 50 min manat mükafat verilmişdi. Sonradan oyuna daxil olanlar 37 500, ehtiyatda oturanlar isə 25 000 manat mükafata layiq görülmüşdü. (Futbol11.az)

Xəbər xətti