Erata şans verilmədi

12:50 - 16 Oktyabr 2016

Almaniya üçüncü Bundesliqasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi "Duysburq" səfərdə "Yan Regensburq" ilə qarşılaşıb. "Duysburq" rəqibini 2:1 hesabı ilə məğlub edib.

 

Eratın adı bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Duysburq" 11 turdan sonra 24 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti