Millimizin və Almaniyanın "Duysburq" klubunun yarımmüdafiəçisi Tuğrul Erat Almaniya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu milliyə dəvət alacağına ümid edir:
“Millinin baş məşqçisi Robert Prosineçkinin mənə diqqət yetirəcəyini düşünürdüm. Amma seçmə mərhələnin oyunlarına dəvət almadım. Yığma komandaya qayıdacağıma ümidliyəm. Noyabr ayında Şimali İrlandiyaya qarşı keçiriləcək oyun üçün dəvət alacağımı düşünürəm, ancaq bunun üçün daha çox çalışmalıyam”.
saytlarin hazirlanmasi