Mourinyo: "Adam kimi oynayıb, matçları udmalıyıq"

13:58 - 25 Oktyabr 2016

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo liqa kubokunda “Mançester Siti” ilə keçiriəcəkləri oyundan əvvəl maraqlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis növbəti 3 oyunda qalib gəlməyin vacib olduğunu bildirib:

 

“Məni hazırda Premyer Liqadakı vəziyyətimiz çox düşündürü. Növbəti 3 oyunda mütləq qalib gəlməliyik. “Stok Siti”, “Börnli” və “”Suonsi Siti”ni məğlub etməliyik. Bu rəqibləri aşağılamıram, amma qalib gələrək ilk “4-lüy”ə daxil olmaq şanslarımız var. Liderdən 6 xal geridəyik. Özümüzə gəlmək üçün bu 3 qarşılaşmadan qalib ayrılmalıyı”.


Mourinyo üst sıralarda qərarlaşan komadnaların xallar itirəcəyini söyləyib:


“Bizi kimi onlar da xal itirəcək. Amma bizim xal itirmək haqqımız yoxdur. Çox üzgünük. Adam kimi oyanyıb, matçları udmalıyıq”.

 

Qeyd edək ki, Mançester derbisi sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti