“Barselona”nın sabiq futbolçusu Xavi “Mançester Yunated”in çalışdırıcısı Joze Mourinyo ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Qətərin “Əl-Sədd” klubunda oynayan təcrübəli futbolçu portuqaliyalı mütəxəssis barədə bu sözləri söyləyib:
“Mourinyonun işləri qaydasında getməyəndə, o, müharibə axtarır, futbolla məşğul olmur. Söz-söhbətlərlə vaxtını keçirir. “Real”ı çalışdırdığı zamanda da belə edirdi. Ümid edirəm ki, “Mançester Yunayted”də buna şahidlik etməyəcəyik”.